Tətildə 30 mindən çox ağac əkildi - Fotolar

tetilde-30-minden-cox-agac-ekildi
Oxunma sayı: 1301

Son iki gündə meşə fondu torpaqlarında 30 mindən artıq ağac əkilib.

"Qafqazinfo" xəbər verir ki, bayram tətili günlərində ölkə ərazisinin meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, dünən və bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri və Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə Oğuz, Şirvan, Zaqatala, Şamaxı, Lənkəran, Bərdə, Tovuz, Qəbələ, Sabirabad və Şəki rayonlarının meşə fondu torpaqlarında, ümumilikdə 30 mindən çox ağac əkilib, 100 kiloqram toxum səpilib.