Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən şahmat üzrə dünya kuboku başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, həlledici qarşılaşmada Azərbaycan şahmatçısı Teymur Rəcəbov və çinli Dinq Liren üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə bitib. İlk görüş heç-heçə yekunlaşdığı üçün Liren ümumi hesabda önə keçib - 1,5:0,5.
Reqlamentə əsasən, finalçılar hər gündə bir dəfə olmaqla, daha 2 partiya oynayacaqlar.
Son xəbərlər
Son Xəbərlər