Tibbi maska ilə bağlı daha bir - Açıqlama

Tibbi maska ilə bağlı daha bir
Oxunma sayı: 8982

““Maska yoxdur” sözü doğru deyil. Amma qıtlıq var. Sadəcə, bu, bütün dünyada belədir. İqtisadiyyatın qanunu var: hər hansı əmtəəyə tələb gözlənilmədən yüzlərlə, minlərlə dəfə artarsa, həmin məhsulun tapılmasında qıtlıq müşahidə olunacaq”.

"Qafqazinfo" xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov "Real Tv"-də çıxışı zamanı bildirib.

Qurum rəsmisi bildirib ki, bu, gözlənilməz və planlaşdırılmayan bəladır

"Bəla heç vaxt xəbərdarlıq etmədən, qapını döyərək gəlmir. Dövlət hər şeyi edir ki, bunun qarşısını alsın. Ancaq bu elə bəladır ki, özü ilə başqa problemlər də gətirir. Bir tərəfdən sağlamlıq problemi, digər tərəfdən iqtisadi böhran problemi. Bu çox qorxuducudur, təhdidedicidi məqamdır. Bu gün bunu az ağrılı formada keçirmək üçün dövlət hər şeyi edir. Prezidentin sərəncamı var. Həmin sərəncamın fəlsəfəsi ondan ibarətdir ki, həm insanların təhlükəsizliyi təmin edilsin, həm də mümkün qədər iqtisadi fəaliyyət olmalıdır, sosial layihələr dayanmamalıdır".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi