TikTok gizliliyin pozulmasına görə 92 milyon dollar ödəyəcək

tiktok-gizliliyin-pozulmasina-gore-92-milyon-dollar-odeyecek
Oxunma sayı: 1097

TikTok istifadəçilərinin icazəsi olmadan şəxsi məlumatları toplaması iddiası ilə açılan kollektiv məhkəmə işlərinin həlli üçün 92 milyon dollar ödəməyi qəbul edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, TikTok gizliliyin pozulmasına görə 21 məhkəmə işi ilə bağlı ABŞ-a pul ödəyəcək.

“İddialara qatılmasaq da, TikTok olaraq istifadəçilər üçün etibarlı və xoş bir təcrübə yaratmağa fokuslanmaq istəyirik”, - şirkətin açıqlamasında deyilir.

Qeyd edək ki, TikTok-un ABŞ-da 100 milyon istifadəçisi var. Tətbiq xüsusən gənc ameriakalılar arasında populyardır.