Tıxaca öyrəşdiyimiz yollar bomboş... - Fotolar

tixaca-oyresdiyimiz-yollar-bombos
Oxunma sayı: 6073

Adətən tıxac görməyə öyrəşdiyimiz paytaxt yollarının boş olduğu fotolar diqqət çəkib. 

“Qafqazinfo”nun məlumatına görə, Bakının əsas yollarının hazırkı vəziyyətini əks etdirən fotoları BNA-nın mətbuat katibi Mais Ağayev paylaşıb. 

Şəxsi avtomobillərin hərəkətinə qoyulmuş qadağa Bakının prospekt və yollarının tam boşalmasına səbəb olub. Fəaliyyətinə icazə verilən bəzi dövlət qurumlarının əməkdaşları yalnız təmsil etdikləri orqanın xidməti avtomobilləri ilə hərəkət etməlidirlər.  

Qeyd edək ki, bu gün saat 00:00-dan 8 iyun saat 06:00-dək  Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində küçəyə çıxmaq qadağan edilib.