Toğanlıda ağır qəza - Xəsarət alanlar var

toganlida-agir-qeza
Oxunma sayı: 431

Göygöldə ağır qəza baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Toğanalı kəndi istiqamətində olub.

Belə ki, “VAZ 2107” markalı avtomobil digər maşınla toqquşub. Qəza zamanı Göygöl rayon sakini 1969-cu il təvəllüdlü İbad Vəliyev və daha iki nəfər xəsarət alıb. Yaralılardan adıçəkilən şəxsin vəziyyəti daha ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev