Tokayev Rusiyaya gedir

tokayev-rusiyaya-gedir
Oxunma sayı: 1079

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fevralın 21-də Rusiyaya səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Kasım-Jomart Tokayev Kazanda keçiriləcək “Gələcəyin oyunları” beynəlxalq turnirinin açılış mərasimində iştirak etmək üçün fevralın 21-də Rusiya Federasiyasına işgüzar səfərə gedəcək”, - məlumatda qeyd olunub.

Mətbuat xidmətinin məlumatına görə, çox güman ki, Belarus, Qırğızıstan, Özbəkistan və Tacikistan liderləri, eləcə də bəzi digər dövlətlərin nümayəndələri bu tədbirdə iştirak edəcəklər.