Tovuzda 30 yaşlı qadın bıçaqlandı

tovuzda-30-yasli-qadin-bicaqlandi
Oxunma sayı: 2700

Tovuzda bıçaqlanma olub. 

"Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib. 

Rayon sakini, 30 yaşlı Rəqsanə Məmmədova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 

Qadının hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki məlum deyil. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli