Tovuzda azyaşlı bacı və qardaşları zəhərləndi - Yenilənib

tovuzda-azyasli-baci-ve-qardaslari-zeherlendi
Oxunma sayı: 2187

Tovuzda bir ailənin üç azyaşlı üzvü zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

2021-ci il təvəllüdlü İlqar Hüseynzadə, qardaşı 2022-ci il təvəllüdlü Nihat Hüseynzadə və bacıları 2019-cu il təvəllüdlü Gülnur Hüseynzadə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, uşaqlar nəzarətsiz qalaraq turşu yeyib və ondan zəhərləniblər.

Azyaşlıların vəziyyəti orta-ağırdır.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

***

TƏBİB-dən bildirilib ki, bu gün saat 20:30 radələrində zəhərlənmə şübhəsi ilə 3 azyaşlı Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Hazırda hər üç azyaşlının müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Yunis Quliyev