“Trabzonda yanaraq ölənlər Azərbaycan vətəndaşları deyil” - Yenilənib

“Trabzonda yanaraq ölənlər Azərbaycan vətəndaşları deyil”
Oxunma sayı: 5516

Türkiyənin Trabzon şəhərinin Of rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” "Hürriyet"ə istinadən xəbər verir ki, insident Of-Çaykara yolunda qeydə alınıb.

Azərbaycan vətəndaşı – Fariz Farizovun idarə etdiyi avtomobil idarəetməni itirərək elektrik dirəyinə çırpılıb və yanmağa başlayıb.

İnsident nəticəsində avtomobildə olan azərbaycanlılar diri-diri yanıb, yanıq xəsarətləri alan sürücü isə dövlət xəstəxanasına çatdırılıb.

Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

**

“Türkiyədə Trabzonun Of rayonunda bir Azərbaycan vətəndaşı yaralanıb, hazırda onun həyati təhlükəsi yoxdur”.

"Qafqazinfo" bildirir ki, bu məlumatı APA-ya Azərbaycanın Türkiyədəki Səfriliyinin mətbuat xidmətinin rəhbəri Elvin Süleymanlı bildirib.

E.Süleymanlı deyib ki, hadisə barədə məlumat yayıldığı ilk andan etibarən səfirlik araşdırmalar aparıb, həm Of jandarması, həm Of xəstəxanası ilə əlaqə yaradıb, lakin məlum olub ki, ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur:

“Həyatını itirənlərdən ikisi Əfqanıstan, biri isə Türkiyə vətəndaşıdır. Yaralanan Azərbaycan vətəndaşı isə Trabzondakı Fərabi xəstəxanasına yerləşdirlib. Onun alt çənə sümüyü qırılıb, xəstəxana şəraitində müalicəsi davam edir”.

Qeyd edək ki, Türkiyənin “Hürriyet” qəzeti Of-Çaykara yolunda baş verən avtomobil qəzasında Azərbaycan əsilli 3 çay işçisinin yanaraq ölməsi haqqında məlumat yayıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi