“Trabzonspor” azarkeşləri “Fənərbaxça” futbolçularına hücum etdi - Video

trabzonspor-azarkesleri-fenerbaxca-futbolcularina-hucum-etdi
Oxunma sayı: 1663

Türkiyə Superliqasının 30-cu turunda keçirilən “Trabzonspor” – “Fənərbaxça” matçı qalmaqalla yadda qalıb. “Qafqazinfo” xəbər verir ki, qarşılaşmadan sonra yerli azarkeşlər meydana axın edərək rəqib futbolçulara hücum çəkib. 

Buna səbəb isə matçın son dəqiqələrində qol vuran “Fənərbaxça” azarkeşlərinin həmin qolu çılğın şəkildə qeyd etməsi olub. Rəqibin qolu bayram etməsinə qıcıqlanan azarkeşlər İstanbul klubunun oyunçularını vurmağa çalışıb. 

Hətta azarkeşlərdən biri “Fənərbaxça”nın futbolçusu Osayi Samuelə bıçaqla hücum edib. Futbolçu qarşılığını verərək azarkeşi vurub. 

Ən çox zərərçəkən oyunçulardan biri isə “sarı lacivərtlilər”in qapıçısı Dominik Livakoviç olub. Azarekşlər çərçivə qoruyucusuna yumruqla zərbələr endirib.

Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayaraq matçla bağlı araşdırılmalara başlanıldığını açıqlayıb.