“Trabzonspor” azarkeşlərindən TFF-yə etiraz - Video

trabzonspor-azarkeslerinden-tff-ye-etiraz
Oxunma sayı: 1301

“Trabzonspor” azarkeşləri “Fənərbaxça” ilə matçda baş verən hadisələrə görə verilən cəzalara etiraz ediblər.

“Qafqazinfo” xəbər verir ki, tərəfdarlar Türkiyə Futbol Federasiyasının (TFF) Trabzon şöbəsi qarşısına toplaşaraq “istefa” şüarları səsləndirib.

Qeyd edək ki, Türkiyə Superliqasında baş tutan qalmaqallı “Trabzonspor” – “Fənərbaxça”  (2-3) matçının cəzaları ötən gün Türkiyə Peşəkar Futbol İntizam Komitəsi tərəfindən açıqlanmışdı. “Trabzonspor”a 6 oyunluq azarkeşsiz oynamaq cəzası verilmişdi.