“Trabzonspor” “Fənərbaxça”nı səfərdə məğlub etdi

trabzonspor-fenerbaxcani-seferde-meglub-etdi
Oxunma sayı: 2341

Türkiyə Superliqasının 11-ci turunun mərkəzi oyununda “Fənərbaxça” “Trabzonspor”u qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, 5 qolun vurulduğu matçda Trabzon təmsilçisi 3:2 hesabı ilə qalib gəlib. “Fənərbaxça” bu mövsüm 19 matçdan sonra ilk dəfə uduzub.

“Fənərbaxça” - “Trabzonspor” - 2:3
Qollar: Onuaçu, 10 (0:1), Özdemir, 46 (0:2), Pepe, 47 (0:3), Tadiç, 61-pen. (1:3), 90-pen. (2:3)
Qırmızı vərəqə: Yüksek, 78 “Fənərbaxça”