ABŞ Prezidenti Donald Tramp Amerika futbolunun (“soccer”) adının dəyişdirilməsini təklif edib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ABŞ lideri bu barədə 2026-cı il dünya çempionatının püşkatma mərasimi zamanı danışıb.
“Soccer”ə əslində futbol deyilməməlidirmi? Bu, futboldur, buna şübhə yoxdur. Amerika futbolu üçün fərqli bir ad tapmalıyıq”, - deyə Tramp bildirib.
Qeyd edək ki, ötən gün ABŞ-nin paytaxtı Vaşinqtonda 2026-cı il futbol üzrə dünya çempionatının (DÇ-2026) qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Üç ölkədə - ABŞ, Meksika və Kanadada keçiriləcək turnirdə 48 milli komanda iştirak edəcək. Turnir 11 iyunda başlayacaq, final matçı isə 2027-ci ilin 19 iyulunda baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər