ABŞ Prezidenti Donald Tramp çıxışının “Panorama” sənədli filmindəki redaktəsinə görə BBC-yə qarşı milyardlarla dollarlıq böhtan iddiası qaldırıb.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Floridada təqdim edilən məhkəmə sənədlərinə görə, Tramp yayımçını böhtan atmaqda və ticarət təcrübələri qanununu pozmaqda ittiham edib.
O, iddiaların hər biri üzrə 5 milyard dollar (3,7 milyard funt sterlinq) təzminat tələb edib.
BBC Trampdan üzr istəsə də, onun kompensasiya tələblərini rədd edib.
Trampın hüquq komandası BBC-ni “nitqini qəsdən, pis niyyətlə və aldadıcı şəkildə saxtalaşdırmaqla” onu böhtan atmaqda ittiham edib. BBC hələlik iddiaya cavab verməyib.
Son xəbərlər
Son Xəbərlər