Tramp dələduzluqda təqsirli bilindi

tramp-deleduzluqda-teqsirli-bilindi
Oxunma sayı: 2266

Məhkəmə ABŞ-nin keçmiş Prezidenti Donald Trampı dələduzluqda təqsirli bilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nyu-York hakimi Artur Enqoron Trampın və “Trump Organization”ın saxtakarlığa görə məsuliyyət daşıdığına qərar verib.

Belə ki, Enqoron Trampı aktivlərini və xalis sərvətlərini qanunsuz olaraq şişirtməkdə ittiham edən ştatın baş prokuroru Letisia Ceymsin iddiasını rədd etməkdən imtina edib.

Məhkəmə müəyyən edib ki, Tramp və onun şirkəti bankları, sığortaçıları və başqalarını aldadıb, aktivləri həddən artıq qiymətləndirib. Həmçinin daşınmaz əmlakla bağlı danışıqların aparılması, maliyyələşdirməni təmin etmək üçün istifadə olunan sənədləşmə işlərində də xalis sərvət şişirdilib.