Tramp səs verdi

tramp-ses-verdi
Oxunma sayı: 2542

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Florida ştatının Palm Beach şəhərindəki seçki məntəqəsində səs verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd edək ki, ABŞ-də növbəti seçkilər keçirilir. ABŞ vətəndaşları bu gün prezidenti, Senatın üçdə birini və Konqresin Nümayəndələr Palatasının bütün üzvlərini, həmçinin 11 ştatın qubernatorlarını seçirlər.

Trampın prezidentlik yarışında rəqibi hazırkı vitse-prezident, Demokratların namizədi Kamala Harrisdir.