“Trampın əli çox salamlaşmaqdan göyərib” - Fotolar

trampin-eli-cox-salamlasmaqdan-goyerib
Oxunma sayı: 652

ABŞ Prezidenti Donald Trampın sağ əlindəki sarğı və göyərmələrin səbəbi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Levitt Trampın əlindəki göyərmələrin daim əl sıxmasından qaynaqlandığını bildirib.

O, Oval Ofisə hər gün yüzlərlə insanın baş çəkdiyini və Trampın daim bu insanlarla əl sıxlığını bildirib.

“Ağ Ev Nyu-York qatar stansiyası qədər izdihamlıdır. Prezident Tramp sözün əsl mənasında daim əl sıxır. Oval Ofis Böyük Mərkəz Terminalı kimidir. O, hər gün tanımadığınız yüzlərlə insanla görüşür.

Prezident gündəlik aspirin qəbul edir və bu da gördüyünüz göyərməyə səbəb ola bilər”, - o qeyd edib.

Qeyd edək ki, Tramp son bir həftədir ki, sağ əlində sarğı ilə kameralar qarşısında görünür. Levittin məsələ ilə bağlı açıqlaması sosial şəbəkələrdə bununla bağlı müzakirələrin qarşısını ala bilməyib.