“Trampın Orbanla görüşü müttəfiqlərin narahatlığını artıracaq”

trampin-orbanla-gorusu-muttefiqlerin-narahatligini-artiracaq
Oxunma sayı: 1742

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbanı Floridadakı malikanəsində qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” agentliyi yayıb. 

Görüşün martın 8-i baş tutacağı gözlənilir. Agentlik yazır ki, sözügedən görüş ABŞ-nin müttəfiqlərinin Trampın hakimiyyətə qayıtması perspektivləri ilə bağlı narahatlıqlarını gücləndirə bilər. 

Qeyd olunur ki, Tramp fevralın 25-i Vaşinqtonda Argentina Prezidenti Xavyer Mileylə də görüşüb.