Ağ Evdə görüş başladı - Yenilənir-Video

ag-evde-gorus-basladi
Oxunma sayı: 862

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə görüşmək üçün Ağ Evə gedib.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, görüş Oval kabinetdə baş tutur.

“Zelenski Tramp ilə jurnalistlərin iştirakı olmadan qısa, özəl bir görüş keçirəcək”, – deyə nəşrin məlumatında bildirilir.

Agentlik yazır ki, liderlərin Ukraynaya hərbi dəstək, o cümlədən hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükü və pilotsuz uçuş aparatları (PUA) üzrə müqavilənin yekunlaşdırılması məsələlərini müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, Ağ Evdəki görüşdən sonra Zelenski senatorlarla görüşmək üçün Kapitoliyə yola düşəcək. Ukrayna prezidentinin ABŞ-yə səfəri senator Lindsi Qremin dəfn mərasimində iştirakı ilə bağlıdır. Həmçinin vurğulanıb ki, danışıqlar zamanı tərəflər atəşkəslə bağlı hər hansı təklifi də müzakirə edə bilərlər.

***

ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü Ağ Evdə başlayıb.

Bu barədə NBC News məlumat yayıb .