“Turan Tovuz” müqavilə əsasında Rusiyanın “Lokomotiv” (Moskva) klubuna məxsus olan Mark Mampassini transfer edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda klub məlumat yayıb.
Belə ki, müdafiəçi icarə əsasında mövsümün sonunadək komandanın şərəfini qoruyacaq.
Donetsk “Şaxtyor”unun yetirməsi olan 22 yaşlı futbolçu karyerası ərzində Ukraynada “Mariupol, Türkiyədə “Antalyaspor”, Belçikada isə “Kortriyk”in formasını geyinib. Ukrayna Premyer Liqasında “Mariupol”un heyətində 21 oyunda meydana çıxan futbolçu, Belçika yüksək liqasında 35, Rusiya Premyer Liqasında isə 18 oyunda meydanda olub.
Karyerası ərzində ümumilikdə 87 oyun keçirən mərkəz müdafiəçisinin aktivində 1 qol və 3 məhsuldar ötürmə var.
Son xəbərlər
Son Xəbərlər