“Turan Tovuz” “Sabah”a qalib gəldi

turan-tovuz-sabaha-qalib-geldi
Oxunma sayı: 1571

Azərbaycan Premyer Liqasında 29-cu turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun günündə ilk qarşılaşması Tovuzda baş tutub.

Burada yerli “Turan Tovuz”la “Sabah” komandaları qarşılaşıblar. Oyun meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Çempionluğu təmin etmiş “Qarabağ” isə bu gün “Səbail”i sınağa çəkəcək.

Xatırladaq ki, turun ötən gün baş tutmuş ilk oyununda “Araz-Naxçıvan” “Kəpəz”ə uduzub – 1:2. “Zirə” – “Qəbələ” və “Neftçi” – “Sumqayıt” oyunları sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
29-cu tur
6 aprel

“Turan Tovuz” – “Sabah” 2:0
Qollar: Aleks Souza, 26. Otto Con, 82.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.
Tovuz şəhər stadionu, 16:00.