Türk astronavtın ilk dəfə kosmosa səyahəti başlayıb - Yenilənib + Video

turk-astronavtin-ilk-defe-kosmosa-seyaheti-baslayib
Oxunma sayı: 5835

“Ekipaj oturacaqları uçuş mövqeyinə köçürüldü, geyim və əlaqə yoxlamaları tamamlandı”.

“Qafqazinfo” xəbər verir ki, bu, “SpaceX”-in 4 nəfərlik heyətin səfər hazırlıqlarına dair açıqlamasında qeyd olunub.

Sözügedən heyətdə Türkiyə vətəndaşı Alper Gezeravcı da yer alacaq.

Bəyanatda, - “Dragon kapsulunun qapağı artıq bağlıdır. Beynəlxalq Kosmik Stansiyaya buraxılmağa iki saatdan az vaxt qalıb”, - deyə vurğulanıb.

***

Türkiyənin ilk kosmos sərnişini Gezeravcının da olduğu SpaceX kosmik gəmisi ABŞ yerli vaxtı ilə 16:49-da (01:49 Bakı vaxtı ilə) NASA-nın Floridadakı Kennedy Kosmik Mərkəzindən buraxılıb.