Türk Hava Yolları Naxçıvana uçuşları dayandırdı

turk-hava-yollari-naxcivana-ucuslari-dayandirdi
Oxunma sayı: 2827

Türk Hava Yolları şirkəti koronavirus təhlükəsi ilə əlaqədar Naxçıvana uçuşları dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə THY idarə heyətinin sədri İlkər Aycı açıqlama yayıb. 

“Naxçıvana olan aviareysləri müvəqqəti olaraq dayandırmışıq. Bakı və Gəncəyə olan aviareyslər isə davam etməkdədir. Koronavirusla mübarizə çərçivəsində 250-dən çox təyyarə dezinfeksiya olunub”, - deyə o bildirib.

Orxan Məmməd