Türkiyə Azərbaycanla hava sərhədini bu tarixdə açır

turkiye-azerbaycanla-hava-serhedini-bu-tarixde-acir
Oxunma sayı: 8408

Türkiyə Azərbaycanla hava sərhədini 15 iyundan etibarən açır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu  açıqlama verib. O bildirib ki, sərhədlərin açılması prosesi iyunun 10-dan baş tutacaq.

Türkiyə Azərbaycan daxil 40 ölkə ilə aviareysləri mərhələli şəkildə bərpa edəcək. Bildirilib ki, ilk növbədə 10 iyun tarixindən etibarən Bəhreyn, Bolqarıstan, Qətər və Yunanıstanla uçuşlar bərpa ediləcək.

Azərbaycan ilə aviareyslərin 15 iyun tarixindən etibarən açılmasına qərar verilib.