Türkiyə də Rusiyaya başsağlığı verdi

turkiye-de-rusiyaya-bassagligi-verdi
Oxunma sayı: 1320

Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyaya bu ölkənin Kemerovo vilayətində kömür mədənində baş verən faciə ilə bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə XİN-in yaydığı başsağlığı mətnində deyilir:

“Mədəndə baş verən qəza nəticəsində 52 nəfərin həyatını itirməsini, bir neçə insanın yaralanmasını üzüntü ilə qarşılayırıq. Rusiya xalqının kədərini paylaşır, həyatını itirənlərin ailələrinə, Rusiya hökumətinə başsağlığı verir, yaralılara şəfa diləyirik”.