Rusiya ordusu Ukraynanın Odessa limanında lövbər salmış Türkiyəyə məxsus “Cenk Roro” adlı yük gəmisini vurub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, hücumdan sonra gəmidə böyük yanğın başlayıb. Hadisə nəticəsində ölənlərin və ya yaralananların olması ilə bağlı rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, bundan öncə də Rusiyaya məxsus “Kairos” adlı gəmi Qara dənizdə Ukrayna ordusu tərəfindən vurulmuşdu.
Son xəbərlər
Son Xəbərlər