Türkiyə klubunun prezidenti qəza törətdi, ölən var

turkiye-klubunun-prezidenti-qeza-toretdi-olen-var
Oxunma sayı: 3785

Türkiyənin “Kayserispor” klubunun prezidenti Ali Çamlı yol-nəqliyyat hadisəsi törədib.

“Qafqazinfo” xəbər verir ki, onun idarə etdiyi avtomobil elektrikli velosipedlə toqquşub.

Velosipedin sürücüsü 60 yaşlı Suriya vətəndaşı ağır yaralanıb. İbrahim adlı şəxs xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Handisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.