Türkiyə Super Kuboku ilə bağlı yekun qərar verildi

turkiye-super-kuboku-ile-bagli-yekun-qerar-verildi
Oxunma sayı: 5773

Türkiyə Super Kuboku uğrunda keçiriləcək matçla bağlı qərar verilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, görüş aprelin 7-si Şanlıurfa şəhərində təşkil olunacaq. Belə ki, “Qalatasaray”la ölkə kubokunun qalibi “Fənərbaxça” üz-üzə gələcək.

Qeyd edək ki, “Fənərbaxça” Konfrans Liqasında mübarizə apardığı üçün matçın təxirə salınmasını tələb etmişdi. Lakin federasiya klubun müraciətini qəbul etməyib.