Türkiyə vətəndaşları Azərbaycanda səs verdi - Yenilənib

turkiye-vetendaslari-azerbaycanda-ses-verdi
Oxunma sayı: 3655

Türkiyədə mayın 14-ü keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar olaraq ölkənin Azərbaycandakı səfirliyində səsvermə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, səfirlikdə yaradılan səsvermə məntəqəsi bu gün səhər 09:00-da açılıb.

Səsvermə 21:00-a qədər davam edəcək.

Türkiyə vətəndaşları Azərbaycanda 5, 6 və 7 may tarixlərində səs verə biləcəklər. Bunun üçün Bakıda 9, Gəncədə 3, Naxçıvanda isə 3 seçki məntəqəsi fəaliyyət göstərir.

Qeyd edək ki, Türkiyənin Ali Seçki Qurumunun məlumatına görə, seçki zamanı ümumilikdə Azərbaycanda 11 036 Türkiyə vətəndaşı səs verə biləcək. 

***

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı səs verib.