Türkiyə vətəndaşları Qəzzadan təxliyə edildilər

turkiye-vetendaslari-qezzadan-texliye-edildiler
Oxunma sayı: 2154

44 Türkiyə vətəndaşı Qəzzadan təxliyə edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qrup əvvəlcə Qahirəyə gətiriləcək, oradan isə hava yolu ilə Türkiyəyə aparılacaq.

Qeyd edək ki, daha əvvəl də 30 Türkiyə vətəndaşı təxliyə edilmişdi.

Qeyd edək ki, oktyabrın 7-dən bu günə qədər Qəzza zolağında həlak olanların sayı 12 min nəfəri keçib.