Türkiyədə 11 vilayəti qadınlar idarə edəcək - Video

turkiyede-11-vilayeti-qadinlar-idare-edecek
Oxunma sayı: 2273

Türkiyədə martın 31-də yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin qeyri-rəsmi nəticələrinə görə, 81 vilayətdən 11-ni qadınlar idarə edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Halktv” məlumat yayıb.

Belə ki, 2019-cu ildə keçirilən seçkilərdə qadın namizədlərin nisbəti 7,89% olub və həmin tarixdə keçirilən seçkilərin sonunda 81 əyalətdən 4-də qadın bələdiyyə başçıları seçilib.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk 1930-cu ildən başlayaraq türk qadınlarına bələdiyyə seçkilərində iştirak, sonra kənd muxtarı olmaq, məclis üzvlərini seçmək və seçilmək hüququ verən qanunu həyata keçirib.

Martın 31-də baş tutan builki seçkilərdə qadınlar cümhuriyyət tarixinin rekordunu qıra biliblər.