Türkiyədə 14 cinayət əməli törədən şəxs bayrağı təhqir etdi - Foto

turkiyede-14-cinayet-emeli-toreden-sexs-bayragi-tehqir-etdi
Oxunma sayı: 3834

İstanbulda 24 yaşlı oğlan Respublika Günü münasibətilə metro stansiyasında asılmış Atatürk afişalarını və türk bayraqlarını çıxarıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Qaziosmanpaşada qeydə alınıb.

Gənci yaxalamaq mümkün olsa da, əməliyyat zamanı iki polis əməkdaşı yaralanıb. 

Qeyd edək ki, saxlanılan şəxsin indiyə kimi 14 cinayət əməlinin olduğu müəyyənləşib. Son hadisəyə görə isə barəsində "Dövlətin suverenlik nişanələrini təhqir etmək" və "vəzifəsini yerinə yetirməmək üçün polisə müqavimət göstərmək" cinayətlərinə görə həbs qətiimkan tədbiri seçilib.