Türkiyədə 3 nəfər seçki məntəqəsində öldü

turkiyede-3-nefer-secki-menteqesinde-oldu
Oxunma sayı: 4478

Türkiyədə seçki məntəqələrində 3 nəfər ürəktutmadan dünyasını dəyişib. 

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, Trabzonda 75 yaşlı Aysel Ulusoy adlı bir qadın səs verən zaman infarkt keçirib. 

Bununla yanaşı, Giresunda 85 yaşlı İbrahim Yıldız adlı şəxs də səsvermə zamanı dünyasını dəyişib. 

Rizedə isə seçki məntəqəsində çalışan Şeref Kurt fəaliyyəti zamanı ürəktutmadan vəfat edib.