Türkiyədə 4,4 bal gücündə zəlzələ oldu

turkiyede-44-bal-gucunde-zelzele-oldu
Oxunma sayı: 1837

Türkiyənin Akdeniz bölgəsində, Muğlanın Datça rayonundan 277 kilometr aralıda 4,4 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli saatla 22:23-də 6,57 kilometr dərinlikdə qeydə alınıb.

Yeraltı təkanlar Aydın, İzmir, Manisa və Dənizli ilə yanaşı Muğlada da hiss olunub.