Türkiyədə ağır qəza - Xeyli sayda yaralı var

turkiyede-agir-qeza
Oxunma sayı: 1227

Türkiyənin Kahramanmaraş şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, 2 mikroavtobusun toqquşması nəticəsində 17 nəfər xəsarət alıb.

Bildirilib ki, qəza axşam saatlarında Mehmet Akif məhəlləsində meydana gəlib.

Hadisə yerinə çox sayda təcili tibbi yardım və polis qrupları sövq edilib.