Türkiyədə daha bir hakim döyüldü - Video

turkiyede-daha-bir-hakim-doyuldu
Oxunma sayı: 3474

Türkiyədə daha bir futbol hakimi döyülüb. “Qafqazinfo”nun məlumatına görə, hadisə həvəskarlar liqasında baş verib. 

“Kumçatıspor” - “Cizrə Diclespor” matçında meydan sahiblərinin oyunçuları hakimə hücum edib. Onlar yan xətt hakimi Veysəl Samsakın üzünə zərbələr endirib və onun hakimin burnu qırılıb. Klubun azarkeşləri isə rəqib futbolçuları döyüblər. Həmçinin “Cizre Diclespor”un avtobusuna hücum çəkiblər. 

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Superliqasının 15-ci turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra birincilərin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.