Türkiyədə Gül, Babacan və 42 deputatla bağlı iddia

turkiyede-gul-babacan-ve-42-deputatla-bagli-iddia
Oxunma sayı: 3909

“Türkiyənin sabiq Prezidenti Abdullah Gül ilə keçmiş Xarici İşlər naziri Ali Babacan dekabrın 1-də Demokrat Partiyasına qatılacaq”. 

Qafqazinfo”nun “haberler.com”a istinadən verdiyi xəbərə görə, belə bir iddia ilə jurnalist Yekta Yaktı çıxış edib.

Onun sözlərinə görə, sözügedən şəxslərlə birlikdə hakim AKP-dən olan 42 millət vəkili də istefa verərək DP-yə qatılacaq.

Yaktı Demokrat Partiyasının baş direktoru Gültəkin Uysalın ötən həftə bələdiyyə rəhbərləri ilə tək-tək görüşərək bu məlumatı paylaşdığını bildirib.

Həmçinin, qeyd olunub ki, mərhum Prezident Süleyman Dəmirəlin həkimi, millət vəkili Aylin Cəsur, keçmiş dövlət naziri Ayfər Yılmaz da həmin tarixdə partiyaya üzv olacaq.