Türkiyədə hamilə qadın koronavirusa yoluxdu

turkiyede-hamile-qadin-koronavirusa-yoluxdu
Oxunma sayı: 3232

Türkiyənin Kocaeli şəhərində rəsm müəllimi işləyən 8 aylıq hamilə Şeyma Batmazın test nəticələri pozitiv çıxıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Şeyma Batmaz xəstəxanaya yerləşdirilib.

Onun həyat yoldaşı Baturhan Batmaz testin nəticələrindən sonra sosial şəbəkədə paylaşım edərək “Həyat yoldaşımın nəticələri pozitiv çıxdı. Bizimlə təmasda olan dostlar dərhal xəstəxanaya getsin. Tək istədiyim, evinizdə qalın, dua edin” yazıb.