Türkiyədə yenə zəlzələ oldu

turkiyede-yene-zelzele-oldu
Oxunma sayı: 2510

Türkiyənin Hatay vilayətində 4,2 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Samandağ bölgəsində olub.

Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib.

Xatırladaq ki, ötən gün Çorum vilayətinin Mecitözü bölgəsində də 4,2 bal gücündə zəlzələ olub.