Slovakiyanın Baş naziri Azərbaycana gəldi

slovakiyanin-bas-naziri-azerbaycana-geldi
Oxunma sayı: 2216

Slovakiyanın Baş naziri Robert Fitso mayın 6-da Azərbaycana rəsmi səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Slovakiyanın Baş naziri Robert Fitsonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıb.