“Qafqazinfo”nun “a24.az”a istinadən xəbər verir ki, Elnurun cırılmış geyimini görən verilişin müxbiri Seyhan Ərdanın ilk sualı da bununla bağlı olub.
“O səs Türkiyə”dən pulunu aldınmı? Yəni geyimindəki cırıqları deyirəm… Bir şeyə ehtiyacın filan varmı deyə…?”,-deyərək müxbir sual ünvanlayıb.
Elnur Hüseynov “Canım, havalar istidir. Həm mən parlaq geyimləri sevmirəm”, – deyə, cavab verib.
Daha sonra azərbaycanlı müğənni Türkiyədə gördüyü sevgidən çox xoşbəxt olduğunu qeyd edib və bu barədə ağız dolusu danışıb.
Müsahibənin sonunda Elnur Hüseynov “Eurovision” müsabiqəsində ifa edəcəyi mahnıdan və iştirakı ilə təkcə Azərbaycanı deyil, Türkiyəni də təmsil edəcəyini bildirib.
Son xəbərlər
Son Xəbərlər