Türkiyənin yeraltı şəhəri istifadəyə veriləcək - Görüntülər

turkiyenin-yeralti-seheri-istifadeye-verilecek
Oxunma sayı: 5632

Türkiyənin qədim yeraltı şəhəri turistlərin istifadəsinə veriləcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Mardin əyalətində yerləşən 5 min illik tarixə malik şəhər təsadüfən aşkar edilib. Hazırda şəhərin tunelində təmir-bərpa işləri aparılır. Yeraltı şəhərin ilk hissəsi 2024-cü ildə turistlər üçün fəaliyyət göstərəcək. 

Qeyd edək ki, yeraltı şəhər 40 hektar ərazini əhatə edir.