Türkiyəyə göndərilmək üçün könüllü həkimlər siyahıya alınır? - Rəsmi açıqlama

turkiyeye-gonderilmek-ucun-konullu-hekimler-siyahiya-alinir
Oxunma sayı: 3751

Sosial şəbəkələrdə Türkiyədə zəlzələdən ziyan çəkmiş insanlara yardım məqsədilə Azərbaycandan könülü həkim heyətinin siyahıya alınması ilə bağlı məlumat yayılıb. 

“Qafqazinfo”nun məlumatına görə, artıq bəzi həkimlər bununla bağlı müraciət etdiklərini yazırlar. 

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, yardım üçün peşəkar heyət formalaşdırılıb: “Türkiyə Respublikasının müxtəlif bölgələrində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində peşəkar həkimlərdən ibarət heyət formalaşdırılıb. Ehtiyac yarandığı təqdirdə heyət zərərçəkmişlərin müalicəsinə cəlb olunacaq”.

Qeyd edək ki, artıq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyəti qardaş ölkəyə çatdıracaq təyyarə hazırda Türkiyədədir.

Gülnar Əliyeva