Tviterdə ən çox izləyicisi olan şəxs o olacaq

tviterde-en-cox-izleyicisi-olan-sexs-o-olacaq
Oxunma sayı: 1997

Sosial media analitikləri tviterin sahibi İlon Maskın yanvarın 17-də tviterin bir nömrəli sosial media fenomeninə çevriləcəyini proqnozlaşdırırlar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Maskın tviter hesabı hazırda ABŞ-ın keçmiş prezidenti Barak Obamanın hesabından (130 milyon) sonra 120 milyon izləyici ilə ikinci ən çox izlənən hesabdır.

“Social Blade” sosial media analitik firmasının statistik mütəxəssisləri Maskın tviteri almasından sonra onun izləyicilərinin sayının artdığını deyirlər.

Bildirilib ki, sosial media sənayesində heç vaxt belə bir vəziyyət olmayıb ki, platformanın baş direktoru da ən çox izlənən şəxs olsun.