Üç gün sonra məzun olacaqdı... - Foto

uc-gun-sonra-mezun-olacaqdi
Oxunma sayı: 4202

Bakıda məktəb şagirdi vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 10-da qeydə alınıb.

Belə ki, Beyləqanın Eyvazalılar kənd sakini, F.Quliyev adına tam orta məktəbinin 11-ci sinif şagirdi Elvin Aslanlı ürək çatışmazlığından qəfil vəfat edib.

Qeyd edək ki, Elvin Aslanlı iyunun 13-də orta məktəbdən məzun olacaqdı.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Ziya Əmirxanlı