Ucarda “Nissan” aşdı - Xəsarət alanlar var+Fotolar+Yenilənib

ucarda-nissan-asdi
Oxunma sayı: 1081

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qarabörk kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, “Nissan” markalı minik avtomobili hərəkətdə olarkən sürücü qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan Mingəçevir şəhər sakinləri – 1979-cu il təvəllüdlü Gülnarə Qaçayeva və 1961-ci il təvəllüdlü Gümanə Namazova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Ucar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 03.01.2026-cı il tarix saat 13:30 radələrində Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

“Onlara dodaq və ağız boşluğunun açıq yarası, bədənin müxtəlif nahiyələrinin əziyi, sınıqları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1979-cu il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb.  1961-ci il təvəllüdlü pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir”, - deyə məlumatda qeyd olunub.

Yunis Quliyev