Ukrayna Avropa Çempionatına vəsiqə qazandı - Video

ukrayna-avropa-cempionatina-vesiqe-qazandi
Oxunma sayı: 2504

Ukraynanın futbol üzrə milli komandası İslandiyanı 2:1 hesabı ilə məğlub edərək 2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatına vəsiqə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, bununla da onlar 4-cü dəfə ardıcıl olaraq qitə birinciliyində iştirak edəcəklər. 

Qeyd edək ki, Avropa çempionatı 14 iyundan 14 iyuladək Almaniyada baş tutacaq. 

Ukrayna-İslandiya
Qollar: Albert Qudmundsson, 30 (0-1), Viktor Tsıhankov, 54 (1-1), Mixailo Mudrik, 84 (2:1)