“Ukrayna hələ əks-hücuma başlaya bilməz” - Zelenski

ukrayna-hele-eks-hucuma-baslaya-bilmez
Oxunma sayı: 2331

“Ukrayna ordusu hələ ki, şərq istiqamətində əks-hücuma keçə bilməz”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın “Yomiuri” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, buna səbəb silah çatışmazlığıdır. 

“Hələlik əks-hücumu başlada bilmərik. Tank, artilleriya və “HIMARS” sistemləri olmadan cəsur döyüşçülərimizi ön cəbhəyə göndərə bilmərik”, - deyə Zelenski qeyd edib. 

O, ölkəsinin hazırda öz tərəfaşdaşlarından silah göndərilməsini gözlədiyini bildirib.