Ukrayna ilk dəfə Aralıq dənizində Rusiya gəmisini vurdu - Video

ukrayna-ilk-defe-araliq-denizinde-rusiya-gemisini-vurdu
Oxunma sayı: 1061

Ukraynanın Təhlükəsizlik Xidməti ilk dəfə olaraq Aralıq dənizinin neytral sularında Rusiyanın “kölgə donanması”na aid tankeri vurub.

“Qafqazinfo” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, hücum pilotsuz uçuş aparatları ilə həyata keçirilib.

Məlumata görə, “QENDIL” adlı tankerə ciddi zərər dəyib və təyinatı üzrə istifadə olunmaz vəziyyətə düşüb.

Bununla belə, gəminin hücum zamanı boş olduğu və regionda ekoloji vəziyyət üçün heç bir təhlükə yaratmadığı bildirilir.